İdman

"Messi "Qızıl top"u qazanmağa layiqdir"

23 İyul 2016 17:57
4 Şərh     Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın hücumçusu Luis Suares yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu Avropa çempionu olan Kriştianu Ronaldo ilə müqayisədə komanda yoldaşı Lionel Messinin bu ilin ən yaxşı oyunçusuna veriləcək "Qızıl top" mükafatını qazanmağa layiq olduğunu bildirib:

"Bəli, Ronaldo çox önəmli titullar qazandı. Ancaq mənim Messinin hələ də dünyanın ən yaxşı futbolçusu olduğuna şübhəm yoxdur. O, Argentina yığması ilə Amerika kubokunun qalibi ola bilmədi. Ancaq "Barselona" ilə çox titullar əldə edib. Messinin bu il "Qızıl top"u qazanıb-qazanmayacağını bilmirəm. Ancaq düşünürəm ki, o, bu mükafatı qazanmağa layiqdir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.