İdman

"Mançester futbol paytaxtına çevrilməkdədir"

1 İyul 2016 20:56
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa millisinin eks futbolçusu Patrik Viera Zlatan İbrahimoviçin "Mançester Yunayted"ə keçməsinə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Nyu-York Siti"nin baş məşqçisi bunları qeyd edib:

"O, mənim dostumdur. Birlikdə "Yuventus" və "İnter"də oynamışıq. Hərdən əlaqə saxlayırıq və bir-birimizə dərin hörmətimiz var. Zlatanın xarakterində xüsusən bəyəndiyim qalib ruhu, komandanı irəli aparmaq bacarığıdır. "Mançester Yunayted" üçün gözəl transferdir.

Onunla səhər danışmışdıq. Mənə dedi ki, "MU" futbolçusu olmaq istəyir və bunu optimal variant hesab edir. İbrahimoviçə uğurlar arzulayıram və onun çıxışını izləyəcəm. Mançester klublarını hansı məşqçilərin çalışdırdığına baxın. Bir tərəfdə İbrahimoviç, digər tərəfdə Aquero. David Silva və Ueyn Runi. Fikrimcə, Mançester futbol paytaxtına çevrilməkdədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.