İdman

"İndiki futbolçuların yaxşı maşınları, bahalı saatları var"

1 İyul 2016 20:38
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in əfsanəsi Rayan Qiqqs İngiltərə millisində baş verənlərlə bağlı fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis uğur qazanmaq üçün bütünlükdə mentaliteti dəyişməyin zərurətini vurğulayıb.

"Düşünmürəm ki, futbolçuların xarakterinə şübhə etmək olar. Milli komandanın böyük problemləri var. Uğurlu İngiltərə millisi görmək istəyirsinizsə, bütün mentalitet dəyişməlidir. Hər şey 14,15,16 yaşından başlayır. Mən məşhur olmaq istəmirdim, uğurlu karyera qurmağa çalışırdım. İndisə futbolçular nəyəsə nail olmazdan əvvəl mükafat qazanır. Onların yaxşı maşınları, bahalı saatları var. Növbədə hansı məşqçidir? Sautqeyt. Amma onu, yəqin ki, bir az hazırlamaq lazım gələcək. Çünki Qari hələ bu işə hazır deyil.

O, məsuliyyətli məşqçidir. Lakin Sautqeytin yanında böyük turnir təcrübəsi olan mütəxəssis lazımdır. Çox adlar var. Hoddl, Veneybls, Ferqyusson, Van Qaal. Sautqeytin üzərindən gərginliyi götürməyi bacaran şəxslər var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.