İdman

“Kəpəz”in erməni şəriki

1 İyul 2016 15:02
0 Şərh     Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrokubokların I təsnifat mərhələsinin ilk görüşlərindən sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son 5 mövsümün nəticələrinin əksini tapdığı cədvəldə 453 klub yer alıb.

Siyahıya 144,428 xala malik Madrid "Real"ı başçılıq edir. "Bavariya" 134,328 xalla 2-ci, "Barselona" 129,428 xalla 3-cü pillədə qərarlaşıb.
 
Azərbaycanın 7 təmsilçisi də siyahıda yer alıb. Klublarımız arasında ən yaxşı göstərici "Qarabağ"dadır. Ağdam klubu 13,325 xalla Avropanın 121-cisidir. Əyalət təmsilçisi bu mövqeni Qazaxıstan "Astana"sı ilə bölür.
 
8,825 xalı olan "Neftçi" də ağdamlılar kimi ikinci "yüzlük"dədir. Bakılılar 158-ci pillədə qərarlaşıblar.
 
"Qəbələ" və cari mövsüm avrokubokları kənardan izləyən "İnter" 5,325 xala malikdir. Onlar Xorvatiya "Lokomotiv"i ilə birlikdə 213-cü pilləni bölür.
 
Hesabında 3,825 xalı olan "Xəzər Lənkəran" 278-ci yerə şərik olan 4 komandadan biridir. Təmsilçimiz Serbiya klubları "Çukariçki", "Yaqodina", Şimali İrlandiya "Kruzaders"i ilə eyni xala malikdir.
 
"Kəpəz"lə "Bakı" isə 3,075 xalla 317-ci yerin şəriklərindəndir. Bu iki klubumuz kimi "İrtış" (Qazaxıstan) və "Pünik"də eyni göstərici ilə cədvələ düşüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.