İdman

"İnsanlar Ronaldunu tənqid etməyi sevir"

1 İyul 2016 23:41
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyuna yaxşı başlamadıq. Birinci hissədə hesabı bərabərləşdirmək bizim üçün önəmli idi. Fiziki cəhətdən güclü oyunçuları orta xəttdə oynatmaq istədik, ancaq  erkən qol buraxdıq. İlk hissənin ortalarına qədər öz oyunumuzu oynaya bilmədik. Renato Sançesə tapşırıq verdikdən sonra bərabərlik qolunu vurduq. Polşa güclü rəqib idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş "Avro-2016"nın 1/4 finalında Polşaya penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, PepeKriştianu Ronaldunun sözügedən qarşılaşmada yaxşı oyun nümayiş etdirdiklərini bildirib:

"Ronaldu komandanın lideri olduğu üçün insanlar onu tənqid etməyi sevir. Bu gün komanda  yaxşı idi. Pepe və Ronaldu bütün təcrübələrini meydanda göstərdilər. Bu mərhələdə erkən qol buraxdıqdan sonra qələbə qazanmaq asan deyil. Komandam bunu bacardı. İkinci hissədə güclü tərəf biz idik. Yarımfinalı səbirsizliklə gözləyirik".

F.Santuş hədəflərinə doğru yaxınlaşdıqlarını söyləyib:

"Portuqaliya xalqını qürurlandırmaq istəyirik. Penaltilər seriyasında şans amili böyük rol oynayır, ancaq burada xarakter göstərmək lazımdır. Bilirdik ki, rəqib penalti zərbələrini yaxşı yerinə yetirir. Çünki onlar bundan əvvəl İsveçi penaltilər seriyasında udmuşdular. Oyunçularıma rahat olmalarını və bütün penalti zərbələrini düzgün yerinə yetirəcəklərini söylədim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.