İdman

"Qırmızı furiya" başsız qaldı

1 İyul 2016 10:57
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Visente Del Boske istefa verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis istefa ərizəsini yerli Futbol Federasiyasının prezidentinə təqdim edib.

İspaniyanın RNE radiosuna açıqlama verən V.D.Boske yığmada çalışmaq istəyinin qalmadığını və bunun komandanın Avropa çempionatındakı nəticəsi ilə əlaqədar olmadığını bildirib. Baş məşqçi İspaniya yığması ilə 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi olub.

Qeyd edək ki, İspaniya AVRO-2016-nın 1/8 finalında İtaliyaya 0:2 hesabı ilə məğlub olaraq qitə turnirində mübarizəni dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.