İdman

Millimiz Avroliqanın ilk final oyununda qələbə qazandı

1 İyul 2016 09:17
1 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, Nitra şəhərindəki İdman Sarayında keçirilmiş görüş millimizin Slovakiya üzərində qələbəsi ilə yekunlaşıb - 3:1.

Bununla da komandamız iyulun 3-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

Yarımfinalda Faiq Qarayevin rəhbərlik etdiyi komanda Yunanıstanı məğlub edib - 3:1, 3:1. Slovakiya isə yarımfinalda Sloveniyadan üstün olub - 3:2, 3:1.

Cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.
Avropa Liqası, Final, ilk oyun
20:00. Slovakiya - Azərbaycan - 1:3 (19:25, 25:18, 22:25, 20:25)

Nitra, İdman Sarayı
Hakimlər: Mirko Yankoviç (Serbiya), Eva Tibor (Macarıstan).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.