İdman

​"Samtredia"nın baş məşqçisi: " "Qəbələ" yaxşı oynadı"

30 İyun 2016 23:49
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"ni təbrik edirəm. Onlar yaxşı oynadı və qələbə qazandı".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Samtredia" klubunun baş məşqçisi Giorgi Tsetsadze Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə keçirilən görüşdən sonra deyib.
Ukraynalı mütəxəssis 5:1 hesablı qələbəni belə şərh edib:
"Çalışacağıq ki, oyunu analiz edib səhvlərimizi düzəldək və daha yaxşı çıxış edək. Hava istidir. Futbolçularımız ikinci hissədə başqa nömrə ilə çıxış etdi. Bu texniki məğlubiyyətlə nəticələnə bilər. Amma bu səhv texniki heyətin səhvidir".
Qeyd edək ki, cavab görüşü iyulun 7-də Zestafonidə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.