İdman

Qalmaqallı xanım yalvardı: "Messi, getmə" - FOTO

30 İyun 2016 22:48
8 Şərh     Baxış: 3 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı model Syuzi Kortes "Barselona"nın futbolçusu Lionel Messidən inciyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb argentinalı hücumçunun yığma karyerasını bitirməsi olub.
 
Belə ki, Messinin millidə təqaüdə çıxmasından narazı olan "Miss Bumbum" etirazını özünəməxsus şəkildə bildirib. O, "İnstagram" səhifəsində müxtəlif fotolar paylaşaraq, Messidən yığmaya qayıtmasını xahiş edib.
 
Kortes şəkillərdən birinin altında bu sözləri yazıb: "Mənim "Barselona"mda oynayan argentinalı əsl dahidi. Messi öz xarakteri ilə seçilir və klubun rəmzidi. Leo, yığmadan getmə". İkinci fotoda yazılmış "Messiyə sevgimiz sərhəd tanımır" cümləsi də diqqət çəkib.
 
Onun ilk şərhinə fanatlardan müxtəlif reaksiya gəlib. "Miss Bumbum" isə etirazlara "əgər birinci status xoşunuza gəlmirsə, ikincidən istifadə edin", deməklə cavab verib. Yayılan söz-söhbətlərə görə, Messinin həyat yoldaşı bundan sonra Syuzi Kortesi öz "İnstagram" profilində bloka salıb.
 
Syuzinin bu hərəkətinə Messinin necə reaksiya verdiyi məlum deyil. Ancaq fakt budu ki, "Miss Bumbum"un son fotosessiyası onun fanatlarının zövqünü oxşayıb və onlar Kortesdən növbəti şəkilləri gözlədiklərini bildiriblər. "İnstagram"da 32 min izləyicisi olan "Miss Bumbum" fotosessiyasında "Barselona"nın formasında çəkdirdiyi şəklə də yer verib və bununla Messinin diqqətini daha çox cəlb edəcəyini düşünür.
 
Qeyd edək ki, Syuzi Kortes Braziliyada keçirilmiş "Miss Bumbum" gözəllik müsabiqəsinin qalibi olub.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.