İdman

"Almanlar bütün futbol dünyasında ağalıq etdiyini düşünür"

30 İyun 2016 19:15
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın tanınmış məşqçisi Covanni Trapattoni AVRO-2016-nın 1/4 finalında baş tutacaq Almaniya - İtaliya oyunu haqqında fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "ANSA" agentliyinə açıqlamasında təcrübəli mütəxəssis bunları qeyd edib:

"Bundestim İtaliya ilə oyunlarda niyə çətinlik çəkir? Çünki almanlar bütün futbol dünyasında ağalıq etdiyini düşünür. Anqela Merkelə dərin hörmətim olsa da, bu, tam onun düşüncə tərzidir. Amma birdən italyanlar, kiçik dahilər ortaya çıxır və onlara ciddi problemlər yaradırlar. Almaniyanın 1/4 finalda qalib gələcəyinə heç bir zəmanət yoxdur. Düzü, əlavə vaxtda İtaliyanın qalib gələcəyini gözləyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.