İdman

"Atletiko" Simeonenin Argentina millisində işləməsinə icazə vermədi

30 İyun 2016 18:33
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun prezidenti Enrike Serezo Diyeqo Simeone üçün Argentina Futbol Federasiyasından gələn təklifi rədd edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurum Amerika Kubokunun finalındakı yenilgidən sonra Simeone ilə əlaqə yaradıb.

"Mən onlara rədd cavabı verdim. Nə istəyirlər, etsinlər", - Serezo zarafatla qeyd edib.

Xerardo Martinonun Argentina millisinin baş məşqçisini postundan göndərilməsi barədə informasiya yayılsa da, sonradan "Tata"nın işini hazırkı yerdə davam etdirəcəyi açıqlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.