İdman

İker Kasilyas milli karyerasını başa vurur

29 İyun 2016 19:57
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İker Kasilyas İspaniya millisindəki karyerasını başa vurur.

Milli.Az goal.az-a istiandən xəbər verir ki, təcrübəli qolkiper Tvitter səhifəsində "Rembo II" filmindən final fraqmenti yerləşdirib. Bu fraqmentdə Con Rembo polkovnik Trotmanla vidalaşır və "ölkəsini sevdiyi qədər sevilməsini" istəyir. 35 yaşlı qapıçı niyyətini iki cümlə ilə təsdiqləyib.

"Azarkeşlərin dəstəyinə görə qürur duyuram. Biz hamımız İspaniya ilə birlikdə olacağıq" - Kasilyas yazıb.

"Porto"nun qapıçısı İspaniya millisində 2000-ci ildə debüt edib. "Qırmızı furya"nın heyətində 167 oyuna çıxan əlcək ustası bu baxımdan hamını qabaqlayır. AVRO-2016-da David De Xeanın əsas heyətdə möhkəmlənməsi Kasilyasın millidən getmək qərarına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.