İdman

"Çelsi" belçikalı hücumçu transfer edir

29 İyun 2016 20:38
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika millisinin gənc hücumçusu Mişi Batşuayi karyerasını Premyer Liqada davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı forvard "Çelsi"nin transfer hədəfindədir. "Zadəganlar" Batşuayini 40 milyon avro qarşılığında heyətə cəlb etməyə yaxındır. Onunla 5 illik müqavilə imzalanacaq.

İyunun 28-də yayılan xəbərə görə, "Marseille" digər ingilis klubu - "Kristal Palas"in 38 milyon avroluq təklifini qəbul etmişdi. Amma gənc oyunçu bu varianta razı olmayıb. Onunla "Yuventus" və "Vest Ham Yunayted" də maraqlanır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.