İdman

Ruslan Abışov rəsmən “İnter”də

29 İyun 2016 18:11
1 Şərh     Baxış: 1 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun yeni klubu rəsmən müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "İnter", "Neftçi" və İran klubundan təklif alan 29 yaşlı futbolçu seçimini edib.

Belə ki, Abışov karyerasını "İnter"də davam etdirməyə qərar verib. O, bu gün "bankirlər"lə rəsmi müqaviləyə qol çəkib. Tərəflər arasında 1+1 formatında sözləşmə imzalanıb. Bu isə o deməkdi ki, qarşıdakı mövsümü paytaxt klubunda keçirəcək Abışov gələn yay qarşılıqlı razılıq əsasında müqaviləsinin müddətini daha 1 illik uzada bilər.
 
Məlumatı əməkdaşımızla söhbətində Ruslanın agenti və qardaşı olan Sərxan Abışov da təsdiqləyib.
 
Millimizin futbolçusu yeni klubunda ilk seçimini artıq edib. Abışov "İnter"də özünə doğma olan 15 nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, "İnter" yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev Orxan Sadıqlını da transfer edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.