İdman

ÇL və AL-də ilk oyunlar keçirildi

29 İyun 2016 09:03
0 Şərh     Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni avrokuboklar mövsümü start götürüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropada 62-ci mövsüm I təsnifat mərhələsinin ilk qarşılaşmaları ilə başlayıb.

Çempionlar Liqasının ilk təsnifat mərhələsi çərçivəsində 4 görüş keçirilib. Estoniya, Uels, Andorra və Maltada baş tutan oyunlarda müvafiq olaraq, "Flora" "Linkoln"u, TNS "Tre Penne"ni, "Valletta" isə "Torshavn"ı məğlub edib. "Santa Koloma" "Alaskert" görüşü isə heç-heçə bitib.
 
Avropa Liqasının I təsnifat mərhələsinin 4 oyunu da baş tutub. Azərbaycan təmsilçisi "Kəpəz" Bakıda "Daçiya" ilə bərabərə qaldığı vaxtda, "Partizan" "Slovan"la, "Rabotniçki" "Buduçnost"la eyni nəticəyə razılaşıb. "Sent Patriks" isə "Jeness" ilə oyundan minimal hesablı qələbə ilə ayrılıb.
 
 
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
28 iyun

"Flora" (Estoniya) - "Linkoln" (Cəbəlüttariq) - 2:1
Qollar: Alliku, 35, Sppinen, 49 - Çipolina, 57
 
TNS (Uels) - "Tre Penne" (San-Marino) - 2:1
Qollar: Quikli, 13, Mullan, 40 - Fraternali, 16
 
"Santa Koloma" (Andorra) - "Alaskert" (Ermənistan) - 0:0
 
"Valletta" (Malta) - "Torshavn" (Farer adaları) - 1:0
Qol: Falkon, 69
 
 
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
28 iyun

"Partizani" (Albaniya) - "Slovan" (Slovakiya) - 0:0
 
"Rabotniçki" (Makedoniya) - "Buduçnost" (Monteneqro) - 1:1
Qollar: Elmas, 80 - Yanketiç, 36
 
"Sent Patriks" (İrlandiya) - "Jeness" (Lüksemburq) - 1:0
Qol: Faqans, 10

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.