İdman

“Kəpəz” “Daçiya” ilə bacarmadı

28 İyun 2016 22:09
2 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan klubları üçün Avrokubok mövsümünə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk olaraq Avroliqadakı 3 təmsilçimizdən biri - "Kəpəz" meydana çıxıb.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasında qərblilər Moldovanın "Daçiya" klubu ilə oynayıblar.

Şahin Diniyevin yetirmələri matça passiv başlasalar da, tədricən təşəbbüsü ələ ala biliblər. Epizodların birində Ebahın zərbəsi az fərqlə qapıdan aralı keçib. Daha sonra Nicat Qurbanovun cinah ötürməsinə boş vəziyyətdə olan Serjinyo toxuna bilməyib. İlk hissə qolsuz başa çatıb.

İkinci hissədə də bir neçə təhlükə yaradan qərb klubu bu şanslardan da yararlana bilməyincə matç başladığı kimi də başa çatıb - 0:0.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

28 iyun

"Kəpəz" (Azərbaycan) - "Daçiya" (Moldova) - 0:0

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)

Bakı, "Dalğa Arena"

"Kəpəz": 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva, 18. Tural Axundov,  5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 77. Serjinyo, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 90. Julian Ebah

Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev

Baş məşqçi: Şahin Diniyev

"Daçiya": 12. Dimitriu Seleadnik, 2. Andri Silinkin, 4. Semion Bulqaru, 5. Vyaçelsav Posmak,  7. Rinar Valeev, 9. İqor Buqaev, 10. Aleksndru Bejan, 11. Denis Kojanov, 17. Evgeni Cosius, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feschuk

Ehtiyat oyunçular: 16. Dorian Raylean, 6. Mecit Neziri, 15. Sapol Mani, 19. Maksim Qavrilenko, 25. Andrey Bunyak, 27. Vasil Cardan, 29. Yaser Turkan

Baş məşqçi: Oleq Bejenar

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.