İdman

Bisavad rəqibimizin erməni yanğısı - VİDEO - FOTO

28 İyun 2016 14:16
4 Şərh     Baxış: 3 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandamız bu axşam stadionda məşq keçirdi. Sabah isə Avropa Liqası çərçivəsində yerli "Kəpəz"lə matçımız var".
Bu açıqlama Moldovanın "Daçiya" klubunun rəsmi saytında dünən yer almış informasiya relizindəndir.
"Daçiya" klubu bu axşam "Kəpəz"lə qarşılaşacaq.
Amma "Kəpəz"in bəxti gətirməyib, çünki klubun rəsmi saytını informasiya ilə təmin edənlər bisavad, üstəlik erməni yanğılı adamlarmış.


Belə ki, "Daçiya"nın rəsmi saytında yazılmışdı: "Matç "Dalğa Arena"da olacaq. Söhbət 5 il əvvəl tikilmiş idman qurğusundan gedir. Stadion Bakıdan 34 kilometr aralıda, əsl erməni adlı Makrudyan qəsəbəsindədir. Fəqət, qəsəbədə heç erməni yoxdur. Qəsəbədə Qafqaz farslarının törəmələri olan tatlar yaşayırlar".

Sən demə, Abşeronda "Makrudyan" qəsəbəsi varmış, orada da tatlar yaşayırmış.

"Daçiya"nın saytı bu gün sarsaq "məlumat"a düzəliş edib və Mərdəkan qəsəbəsini "Mardakyan" yazıb, xəbərin "etnik məzmun"lu idiotik bölümünü silib.

Maraqlıdır, görəsən, "Daçiya"nın mətbuat xidməti Mərdəkan qəsəbəsinin "Makrudyan" olması, üstəlik bu qəsəbənin sakinlərinin "tatlardan ibarət olması" barədə məlumatı haradan, nə zaman alıb?!

Azərbaycanda bir çox xalqların mənsubları təki, tatlar da yaşayır və onlar bu torpağın övladları, ölkənin vətəndaşlarıdır. Di gəl, Moldovanın futbol klubunun "səhvən" tatları xatırlatması təsadüf təsiri bağışlamır, çünki "Mardukyan" qəsəbəsinin "erməniliyini" xüsusilə vurğulamış "Daçiya"nın mətbuat xidmətinin yanlışlığının təsadüf olmadığını düşünürük.

Belə vəziyyətdə "Daçiya" rəsmən üzr istəməlidir.

Saytdakı xəbərə "düzəliş" olunub, amma üzr hələ də yoxdur.

Orxan Hun
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Дачия" провела тренировку на Dalga Arena - 1

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.