İdman

UEFA Belçika Futbol Federasiyasını cəzalandırdı

28 İyun 2016 14:27
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Belçika Futbol Federasiyasını cəzalandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna Belçika millisinin azarkeşlərinin "Avro-2016"da qaydalara zidd davranışları səbəb olub.

Qrup mərhələsində İrlandiya ilə Bordoda keçirilən oyun (3:0) zamanı belçikalı azarkeşlər pirotexniki vasitələrdən istifadə edib və meydana yad əşyalar atıblar. Bu səbəbdən UEFA Belçika Futbol Federasiyasına 5 min avro cərimə kəsib.

Qeyd edək ki, UEFA daha öncə eyni səbəbdən Macarıstan Futbol Federasiyasını 65 min avro məbləğində cəzalandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.