İdman

"Qisasımızı aldıq"

28 İyun 2016 09:29
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AÇ-2016-nın 1/8 final mərhələsində İspaniyanı 2:0 hesabıyla məğlub edən İtaliyanın müdafiəçisi Corco Kyellini oyunla bağlı fikirlərini bildirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyunda "skuadra adzurra"nın qələbəsinə bir qolla töhfə verən Kyellini İspaniyadan qisas aldıqlarını deyib: "Vyana, Kiyev, Fortaleza... Bütün bu oyunların qisasını aldıq. İspaniyanın öhdəsindən gəlməyimiz bir qədər uzun çəkdi.

Son 15 dəqiqədə xüsusilə çətin oldu. Qol epizodunda cəld hərəkət etdim. Ümumiyyətlə, qolu kimin vurmasının heç bir əhəmiyyəti yoxdur. Bu oyunu bütün komanda qazandı. İspaniya kimi illərdir Avropada dominantlıq edən komandanı məğlub etdiyimizə görə şadam".
 
"Yuventus"un müdafiəçisi 1/4 finalda qarşılaşacaqları Almaniya barədə də danışıb: "Almaniyaya qarşı oyun çox çətin olacaq. Bu komanda turnirin favoritlərindən biridir. Mart ayında bizə çox ağır dərs vermişdilər. Almaniyaya qarşı oyunda bugünkündən də yaxşı oynamalıyıq".
 
Qeyd edək ki, Almaniya - İtaliya oyunu iyulun 2-də, saat 23:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.