İdman

Futbol Assosiasiyasının binasında bomba həyəcanı

28 İyun 2016 09:17
0 Şərh     Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina Futbol Assosiasiyasının mənzil qərargahının binası partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

Təxliyə ofisə bomba qoyulmasına dair anonim zəngdən sonra həyata keçirilib. Polis binanı əhatəyə alıb və partlayıcı maddənin olması ehtimalı ilə binada yoxlama aparıb. Təşkilat prezidenti vəzifəsini icra edən Luis Sequra binanı şərh vermədən tərk edib.

Qeyd edək ki, Argentina millisi iyunun 27-də Amerika Kubokunun finalında Çili yığmasına məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.