İdman

"Top buraxmamaq şərtilə qol vurmağa çalışacağıq"

27 İyun 2016 18:51
2 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldovanın "Daçiya" klubunun yeni transferi İqor Buqayev futbol üzrə Avropa Liqasında "Kəpəz"lə keçirəcəkləri I təsnifat mərhələsinin oyunu öncəsi fikirlərini bölüşüb.  Goal.az 32 yaşlı forvardın müsahibəsini təqdim edir.

- Oyunqabağı əhval-ruhiyyəniz necədir?

- Döyüşkən. Uşaqlar hamımızı çox məsuliyyətli oyunun gözlədiyini başa düşürlər. Biz bu mərhələyə uzun müddət hazırlaşmışıq. 

- Səfər matçında sizi hansı nəticə qane edir?

- İstənilən müsbət nəticə. "Kəpəz" barədə az məlumatlıyıq. Düzdür, oyunlarına baxmışıq, müzakirə etmişik. Amma Bakıda əyani tanış olacağıq. Əsas məqsədimiz top buraxmamaq şərtilə qol vurmağa çalışmaqdır.

- Komandada yenisən. Yəqin ki, "Daçiya"da debüt etməyə hazırlaşırsan...

- Oynayıb-oynamayacağımı bilmirəm. Buna baş məşqçi qərar verir. Mənim işim özümü məşqlərdə göstərməkdir. Baş məşqçi isə kimi meydana buraxacağını müəyyənləşdirəcək.

- "Daçiya"nın yoluna davam etmə şansları necədir?

- Açığı, proqnoz verməyi sevmirəm. Bir şeyi deyə bilərəm: Çalışacaq və meydanda bütün gücümüzü qoyacağıq. İyulun 7-də cavab görüşümüz olacaq. İndidən danışmayaq. Qələbəyə oynamağa çalışacağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.