İdman

Messiyə mesaj var - FOTO

27 İyun 2016 16:35
3 Şərh     Baxış: 2 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin kapitanı Lionel Messi bu səhər nəinki bütün dünyanı, hətta İngiltərə futbolunun əfsanələrindən olan Qeri Linekeri də təəccübləndirib. 

Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, Amerika Kubokunda penaltilər seriyasından sonra Çiliyə uduzan (2-4) argentinalıların kapitanı milli karyerasını bitirdiyini bildirib. Onun ardınca isə Serxio Aquero və Xavyer Maskerano da eyni bəyanat veriblər. 

Qeri Lineker bununla bağlı olaraq Twitter-dəki hesabından Messiyə mesaj verib: 

"Messi beynəlxalq futboldan getdi. Ümid edirəm ki, balaca dahi fikrini dəyişər və bizə daha bir dünya kubokunu bəxş edər".

Bununla Lineker Messini 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında görmək istədiyini bildirib.   

Maskerano ilə Aqueronun da millini tərk etməsi Linekerin xoşuna gəlməyib: "Əvvəl Messi, indi isə Maskerano və Aquero. Argentina millisinin oyunçuları kölgə kabinetinin üzvlərindən daha tez gedirlər".

Məşhur "Ole" dərgisi isə Messini milliyə qaytarmaq üçün kampaniya başladıb. Dərgi oxucularından Twitter-də #NotevayasLeo (Getmə, Leo) heşteqi ilə tvitlər paylaşmağı xahiş edərək Messini fikrindən daşındırmağa çağırıb. 

Ülviyyə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.