İdman

"Azərbaycana qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

27 İyun 2016 14:12
1 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında debüt ilində finala yüksəldiyimiz üçün çox şadam. Güclü komandamız var və bunu beynəlxalq arenada yoxlamaq lazım idi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Slovakiya millisinin baş məşqçisi Marek Royko deyib.

Təcrübəli mütəxəssis yetirmələrinin Avropa Liqasının yarımfinal mərhələsində Sloveniyaya qalib gəlməsini şərh edib. O, həmçinin finalda qarşılaşacağı Azərbaycanla oyunda da meydana qələbə üçün çıxacaqlarını deyib: "Sloveniyanı səfərdə 3:2 hesabı ilə məğlub etdiyimiz üçün meydana üstün çıxmışdıq. Lakin ilk hissədə qələbədən sonra rəqib setdə tarazlıq yaratdı. Buna baxmayaraq, 3-cü və 4-cü hissələrdə inamlı oynayıb, qələbə qazandıq. Artıq finaldayıq. Həlledici oyunlarda Azərbaycan kimi güclü bir komanda ilə qarşılaşacağıq. Amma məqsədimiz bu görüşü də qələbə ilə başa vurub, qalib olmaqdı. Bunun üçün əlimizdən gələni edəcəyik".
 
Qeyd edək ki, iyunun 30-da Azərbaycanla evdə oynayacaq Slovakiya cavab matçına iyulun 3-də Bakıda çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.