İdman

"Qurbanlıq quzu olmağa hazırlaşmırıq"

27 İyun 2016 15:11
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Avro-2016"nın erkən finalı da adlandırılan İtaliya - İspaniya oyunu keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hər iki komandanın baş məşqçiləri matçla bağlı fikirlərini bildiriblər.

Antonio Konte, İtaliya millisinin baş məşqçisi:
                             
- Biz İspaniyaya hörmət edirik. Dünyanın ən güclü komandalarından və bu yarışın favoritlərindən biridir. Matça yaxşı hazırlaşmışıq. Bugünkü görüş iki komandadan biri üçün "Avro-2016"da son oyun olacaq. Çox adam bizim müdafiə xəttimizdən danışır. Amma mən istəyirəm ki, İspaniya bütövlükdə bizim komandadan çəkinsin. Biz qurbanlıq quzu olmağa hazırlaşmırıq. İspanlar sübut etməlidirlər ki, bizdən güclüdürlər. Bizim müdafiəmiz güclüdür, amma hücum xətti ki, belə deyil. Sensasiya yaratmağa çalışmalıyıq. 

Visente del Boske, İspaniya millisinin baş məşqçisi: 

- Bundan öncəki Avropa çempionatının ilk oyununda İtaliya ilə qarşılaşmışdıq. İtaliya yaxşı təsir bağışladı, matç hec-heçə yekunlaşdı. Amma həmin çempionatda biz italiyalılarla bir dəfə də üz-üzə gəldik. Bu dəfə finalda və qələbə qazandıq. Bugünkü matçla həmin oyunlar arasında hansısa müqayisə aparmayacağıq.

Bu dəfə bizim hansı oyunu nümayiş etdirəcəyimiz, hansı futbolçuların xidmətindən istifadə edəcəyimizlə bağlı dəqiq təsəvvürümüz var.  Qalır bunları yalnız əməli işdə həyata keçirmək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.