İdman

Slutski millidən getdi

26 İyun 2016 15:57
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya millisinin baş məşqçisi Leonid Slutski vəzifəsindən gedib.

Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Futbol Federasiyasının prezidenti Vitali Mutko məlumat verib. 

45 yaşlı mütəxəssislə görüş keçirən Mutko Slutskinin bundan sonra yalnız klubda çalışmaq istədiyini bildirib: "Slutski bundan sonra klubda işləmək istədiyini dedi. O, həmçinin bildirdi ki, yığmaya kömək etməyə hər zaman hazırdır. Lakin o, yığmanın baş məşqçi vəzifəsindən getməyə qərar verdi".

Qeyd edək ki, Slutskinin komandası "Avro-2016"da keçirdiyi üç oyunda cəmi 1 xal toplayaraq qrup sonuncusu olub. Turnirdən sonra açıqlama verən rusiyalı mütəxəssis vəzifəsində qalmağın düzgün olmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.