İdman

"İtaliya millisinə lazım deyiləm"

26 İyun 2016 15:33
1 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 37 yaşlı futbolçu artıq yığmaya lazım olmadığını bildirib:

"Əgər mən Avropa çempionatına yollanmaq istəsəydim, "Yuventus"da daha bir il qalardım. Ancaq mən Amerikanı seçdim və belədə İtaliya millisinin baş məşqçisi Anronio Konte məni digər futbolçular kimi mütəmadi izləyə bilməzdi. Düşünürəm ki, artıq milliyə lazım deyiləm. Yığmanın heyətində istədiyim uğurlara nail olmuşam. Düzdür, İtaliya millisi üçün darıxıram, amma belə olacağını bilirdim".

Qeyd edək ki, 2002-ci ildən İtaliya millisində çıxış edən Pirlo keçirdiyi 116 oyunda 13 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.