İdman

"Portuqaliyaya məğlubiyyət şok nəticə olmadı"

26 İyun 2016 13:30
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyanın "Avro-2016"da mübarizəni dayandırması məni çox məyus etdi. Hərçənd komanda qrup mərhələsində çox yaxşı təsir bağışladı və birinci oldu.

Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.

Xorvatiya millisinin "Avro-2016"dakı çıxışı haqda danışan Prosineçki Portuqaliyaya məğlubiyyətin onlar üçün şok olmadığını bildirib:

"Portuqaliyaya məğlubiyyət bizim üçün şok nəticə olmadı. Çünki 1/8 finalda güclü rəqiblə qarşılaşacağımızı bilirdik. Portuqaliya qrup mərhələsini üçüncü pillədə başa vursa da, keyfiyyət və fərdi göstəricilər baxımından böyük komandadır. Onların heyətində bir zərbə ilə matçın taleyini həll edə biləcək futbolçular çoxdur. Elə oyunun taleyini də Ronaldo və Quarejma kimi usta futbolçular həll etdi. Bizim artıq qol buraxdıqdan sonra geridönüş etmək üçün vaxtımız qalmadı. Bununla belə, Xorvatiya Fransada yaxşı oyun sərgilədi və neytral azarkeşlərin də rəğbətini qazandı. Təbii ki, bu futbolçular daha artığına layiq idilər. Ancaq bu dəfə alınmadı". 

Qeyd edək ki, "Avro-2016"nın 1/8 finalında Portuqaliyaya 0:1 hesabı ilə uduzan Xorvatiya millisi turnirlə vidalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.