İdman

"İndiyə kimi bu qədər gözyaşı görmədim"

26 İyun 2016 12:49
1 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç "Avro-2016"nın 1/8 finalında Portuqaliyaya uduzduqları oyun haqda danışıb.

Qol.az-ın Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı futbolçu son dəqiqələrdə buraxılan qolla uduzduqları üçün çox məyus olduğunu bildirib:

"Təəssüf ki, evə gedirik. Bu futboldur, bizə də Portuqaliyanı təbrik etmək qalır. Matçın son dəqiqəsində qol buraxmaq çox ağırdır. Söz tapmaq çətindir. Xorvatiya Avropanın ən yaxşısı olduğunu sübut etdi. Ancaq daha da inkişaf etməliyik. Mən indiyə kimi bu qədər gözyaşı görmədim. 1/4 finala çıxmaq üçün hər şey etdik, amma alınmadı. Bizi dəstəkləyən azarkeşlərə minnətdaram".

Qeyd edək ki, Portuqaliyaya 0:1 hesabı ilə uduzan Xorvatiya millisi turnirlə vidalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.