İdman

"Ronaldunun hansısa matçda qol vurmaması hələ pis oynaması demək deyil"

25 İyun 2016 15:24
1 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya yığmasının yarımmüdafiəçisi komanda yoldaşı Kriştianu Ronaldunun turnirdəki çıxışını dəyərləndirib.

Goal.az xəbər verir ki, Nani komanda yoldaşı haqqında müsbət fikirlər səsləndirib: "Ronaldunun bacarığı və istənilən anda matçın taleyini dəyişə biləcəyi hamıya məlumdur. Onun bu tempdə oynamağa davam edəcəyinə və daha çox qol vuracağına tam əminəm. Heç kim Kriştianunu tənqid edə bilməz. Ronaldu fantastik futbolçudur və çətin vaxtlarda həmişə bunu sübut edir. Macarıstanla matçı xatırlamaq kifayətdir, oyundan sonra hamı ondan danışırdı. Kriştianu tənqidçilərini susdurdu. Kapitanımız Avropa çempionatında hər 3 matçda əla çıxış etdi. Ronaldunun hansısa görüşdə qol vurmaması hələ pis oynaması demək deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.