İdman

"İspaniya İtaliya ilə oynamaqdan həmişə qorxub"

25 İyun 2016 15:07
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Al-Sadd"ın yarımmüdafiəçisi Xavi Ernandes AÇ-2016-nın 1/8 finalında baş tutacaq İtaliya - İspaniya oyunu haqda danışıb.

Goal.az xəbər verir ki, Xavi püşkü hər iki komanda üçün uğursuz hesab edib: "Deyəsən, tez-tez qarşılaşmaq tale yazımızdır. Bu hər iki komanda üçün uğursuz püşkdür. Bu matç çox erkən mərhələdə baş tutacaq. Yarımfinal və ya həlledici oyunda üzləşə bilərdik. AÇ-2016-nın səviyyəsini nəzərə alaraq İspaniya və İtaliyanın finala vəsiqə qazanacağına ümid edirdim. Oyun çox baxımlı alınacaq. İspanlar topa nəzarət edəcəklər, çünki italyanlar "ikinci nömrə" altında oynamağı xoşlayır. İtaliya topu özünə qaytaranda çox ağıllı çıxış edir. Ancaq onlar topa nəzarət etməyi xoşlamırlar. İtaliyanın fəlsəfəsinə, xarakterinə böyük hörmətlə yanaşıram. "Skuadra adzurra" İspaniya üçün ən çətin rəqibdir. İtaliyanın tarixi əbədi rəqabətdir. İspaniya bu komanda ilə oynamaqdan həmişə qorxub. Tarixən belə alınıb ki, İtaliya ilə matçlarda çətinlik çəkirik. Son vaxtlarda daha çox qələbə qazansaq da, rahatlıqla uduza biləcəyimizlə bağlı təəssürat qalıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.