İdman

"Qalatasaray" "Yuventus"un futbolçusunu transfer edir

25 İyun 2016 13:46
0 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" heyətini "Yuventus"un müdafiəçisi Martin Kasereslə gücləndirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu meneceri tərəfindən "cim-bom"a təklif edilib.

Belə ki, Fernando Musleranın komandada gələcək taleyi haqda danışmaq üçün İstanbula gedən menecer Daniel Fonseka "Qalatasaray" rəhbərliyinə digər müştərisi - Kaseresi tərifləyib. Türklər futbolçunun hazırkı durumunu izləmək üçün skaut qrupu ayırmağa qərar veriblər.
 
"Aslan" Kaseresi komandadan ayrılacağı gözlənilən Aurelien Şedjunun yerinə gətirməyi planlaşdırır.
 
Qeyd edək ki, karyerası ərzində "Barselona" və "Sevilya" kimi klubların da formasını geyinmiş Kaseres "Yuventus"da A seriyasının son mövsümündə 6 oyunda iştirak edib. O, 2007-ci ildə debüt etdiyi Uruqvay yığmasında isə 68 matçda 3 dəfə fərqlənib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.