İdman

"Qəbələ" fransalı futbolçunu transfer edəcək

25 İyun 2016 12:01
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" klubu heyətini fransalı futbolçu ilə gücləndirəcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" fransalı hücumçu Baqali Dabo ilə müqavilə imzalayacaqlar.

Məlumata görə, 27 yaşlı futbolçu bu gün Azərbaycana gələcək və 2 illik müqaviləyə qol çəkəcək.  

Qeyd edək ki, Dabo həm Fransa, həm də Seneqal vətəndaşıdır. O, futbolçu karyerası ərzində Fransanın "İstres" və "Kretey" klublarında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.