İdman

AÇ-2016: Polşa 1/4 finalda - YENİLƏNİB - VİDEO - FOTO

25 İyun 2016 19:49
0 Şərh     Baxış: 3 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:49

İsveçrə - Polşa - 1:1 (penaltilər: 4:5)

Qollar: Şakiri, 83 - Blaşikovski, 39

Videonu izləmək üçün şəklə klikləyin:

Швейцария - Польша 1 : 1 (4 : 5)

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyenn. "Joffrua Qişar" stadionu

İsveçrə: 1. Yann Sommer, 2. Stefan Lixtştayner (k), 9. Haris Seferoviç, 10. Qranit Xaka, 11. Valon Behrami, 13. Rikardo Rodriges, 15. Blerim Dzemaili, 18. Admir Mehmedi, 20. Yohan Curu, 22. Fabian Şyer, 23. Xerdan Şaqiri

Ehtiyat oyunçular: 3. François Mubandje, 4. Niko Elvedi, 5. Stiv von Bergen, 6. Mikael Lanq, 7. Bril Embolo, 8. Fabian Fray, 12. Marvin Hits, 14. Denis Zakaria, 16. Qelson Fernandes, 17. Şani Taraşay, 19. Ərən Dərdiyok, 21. Roman Bürki

Baş məşqçi: Vladimir Petkoviç

Polşa: 22. Lukas Fabianski, 2. Mixal Pazdan, 3. Artur Yedrzeyçik, 5. Kristof Maçzinski, 7. Arkadius Milik, 9. Robert Levandovski (k), 10. Qrzeqorz Kriçovyak, 11. Kamil Qrosiçki, 15. Kamil Qlik, 16. Yakub Blaşikovski, 20. Lukas Pişek

Ehtiyat oyunçular: 1. Voyçex Şesnı, 6. Tomas Yodlovyeç, 8. Karol Linetti, 12. Artur Boruç, 13. Marius Stepinski, 14. Yakub Vavrzinyak, 17. Slavomir Peşko, 18. Bartos Salamon, 19. Pyotr Zelinski, 23. Filip Starzinski

Baş məşqçi: Adam Navalka

18:53

Milli.Az bildirir ki, İsveçrə-Polşa oyunu bitdi. Matç bərabərliklə yekunlaşdığından uzatma dəqiqələri başlanacaq. 

İsveçrə - Polşa - 1:1 (tam oyun)

Qollar: 39` Blaşikovski, 82` Şakiri

---------

17:00

Milli.Az bildirir ki, İsveçrə-Polşa oyunu başlandı. 

İsveçrə - Polşa - 0:0 (birinci hissə)

Sent-Etyenn. "Joffrua Qişar" stadionu

-----------

08:05

Bu gün Avropa çempionatında 1/8 final mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

İlk olaraq meydana İsveçrə və Polşa milliləri çıxacaqlar. A və C qrupunun ikinciləri ilk 1/4 finalçı olmaq üçün mübarizə aparacaqlar. İsveçrənin heyətlə bağlı problemi olmasa da, Polşa haqqında bunu demək olmaz. Belə ki, qapıçı Voyçex Şesni və Bartoj Kapustka bu oyunda meydana çıxmayacaqlar. "Çərçivə qoruyucusu" zədə, yarımmüdafiəçi isə cəza səbəbindən matçı kənardan izləməli olacaqlar.

Günün ikinci oyunu isə Britaniya derbisi olacaq. B qrupunu lider olaraq tamamlayan Uels ən yaxşı üçüncülərdən biri olan Şimli İrlandiya ilə qarşılaşacaq. Gözlənilənlərin əksinə olaraq, olduqca əla təsir bağışlayan "əjdahalar" tarixi ilkə imza ataraq, qatıldığı ilk birincilikdəcə qrupdan çıxmağı bacaran Şimali İrlandiyanın Fransa səyahətini sona çatdırmaq niyyətindədi.

Gecənin son oyunu isə olduqca gərgin mübarizə vəd edir. Ölüm qrupu adlandırılan D qrupundan lider kimi çıxan Xorvatiya millisi növbəti mərhələyə qələbəsiz adlayan Portuqaliya ilə oynayacaq. Ən zəif qrup hesab olunan F qrupundan 3 heç-heçə ilə ən yaxşı üçüncü kimi çıxan pireneylilər bu dəfə sevimli nəticələrinə ümid edə bilməyəcəklər. Ronaldonun yoldaşları Xorvatiya səddini aşmaq üçün daha güclü çıxış etmək məcburiyyətindədilər.

Avropa çempionatı

1/8 final

25 iyun

17:00. İsveçrə - Polşa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyenn. "Joffrua Qişar" stadionu

20:00. Uels - Şimali İrlandiya

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mellarki, Stefen Kild

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Feliks Brix (Almaniya)

Ehtiyat yan xətt hakimi: Mark Borş (Almaniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

Paris. "Stad de Frans"

23:00. Xorvatiya - Portuqaliya

Baş hakim: Karlos Velasko Karbalyo

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes

Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Gyorgi Rinq (Macarıstan)

Hakim-inspektor: Devid Ellari (İngiltərə)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Lans. "Bollar-Delelis" stadionu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.