İdman

Azərbaycanın futbola baxmayan məşhurları

16 İyun 2016 11:39
12 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdman həvəskarlarının sevimli mövsümü - futbol üzrə Avropa çempionatı başlayıb. Deməli, ən azı ekran başına yığılıb futbol izləyənlərin bayramıdır. Hər gün Avropanın ən yaxşı millilərinin qarşılaşmalarını izləmək, sevimli komandana azarkeşlik etmək, qələbələrinə sevinmək - bundan gözəl nə ola bilər?

İsti yay günlərinə daha bir həyəcan qatacaq bu möhtəşəm idman bayramını izləyənlər arasında azərbaycanlı məşhurların ola biləcəyi də güman edilir.

Amma yarışlar axşam saatlarına - yəni müğənni və aktyorlarımızın adətən hansısa tədbirlərdə, el şənliklərində olduğu zamana təsadüf etdiyi üçün onların seçim qarşısında qala biləcəyini düşündük. Buna görə də, onlar arasında sorğu aparmağa qərar verdik.

Milli.Az fanat.az-a istinadən sorğunun nəticəsini təqdim edir:

Azərbaycanın xalq artisti Aygün Kazımova Avropa çempionatını izləməyəcəyini deyib: "Ümumiyyətlə, mən futbolu sevmirəm. Heç bir komandaya azarkeşlik etməyəcəm. Ancaq özümüzünkülər oynayanda baxıram".

Xalq artisti Faiq Ağayev də turnirə baxmayacağını deyib. İfaçı ümumiyyətlə futbol ilə maraqlanmadığını vurğulayıb. Faiq Ağayev kimi tanınmış ifaçı Elariz də çempionata baxmayacağını deyib.

Populyar müğənni Zamiq isə turnirə baxacağını deyib. O qeyd edib ki, sənətdən əlavə, futbola böyük sevgisi var. "Əlbəttə, Türkiyə yığmasına azarkeşlik edəcəm. Amma ondan da güclü millilər var. Çempionatda İspaniya, İngiltərə və yaxud Fransa yığmaların qələbə qazanacağını görürəm". 

Sorğunun nəticəsində məlum olur ki, şou-biznes nümayəndələri Avropa çempionatına baxmayacaqlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.