İdman

"Qalatasaray" "Barselona"nın futbolçusunu alır

31 May 2016 13:23
0 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu ilə bağlı yeni məlumatlar yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin ulduz futbolçu transfer etdiyi iddia olunub.

Yayılan məlumatlara görə, "cim-bom" son iki mövsümü Londonun "Vest Hem" klubunda icarə əsasında forma geyinən Aleks Sonq üçün məxsus olduğu "Barselona" klubuna müraciət edib. La Liqa nəhəngi kamerunlu futbolçunu "Qalatasaray"a icarə haqqı istəmədən verməyə razılaşıb.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafəiçi başa çatan mövsümdə 4 ay zədə səbəbindən oynaya bilməyib və meydana çıxdığı 15 rəsmi matçda 856 dəqiqə oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.