İdman

Daha bir idmançımız Rioya gedəcək

30 May 2016 17:07
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu barədə "Report"a yığmanın baş məşqçisi İradə Aşumova məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı idmançıya Olimpiadada iştirak üçün "vayld kart" təqdim olunub. İ.Aşumova seçimin 3 azərbaycanlı atıcı arasından aparıldığını bildirib. Baş məşqçi deyib ki, daha yüksək reytinqi olduğu üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyası R.Lunyova üstünlük verib.
Azərbaycanlı güllə atıcısı "Rio-2016"da 25 metr məsafəyə kiçik çaplı tapançadan və 10 metr məsafəyə pnevmatik tapançadan 60 atəş açacaq.
Qeyd edək ki, Ruslan Lunyov Olimpiadaya vəsiqə qazanan 48-ci idmançıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.