İdman

Mourinyo fikrini dəyişdi: İbrahimoviç...

30 May 2016 14:47
0 Şərh     Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyo isveçli hücumçu Zlatan İbrahimoviçlə bağlı qərarını dəyişib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis artıq Zlatana ehtiyac duymur.

PSJ-dən ayrılan İbrahimoviçin "qırmızı şeytanlar"a keçidi gözlənilsə də, yeni çalışdırıcı daha gənc hücumçuya ehtiyac duyduğunu açıqlayıb. Onun siyahısında adı olan forvardlar isə Mauro İkardi ("İnter") və Pyerr-Emerik Obameyanqdır ("Borussiya", Dortmund).
 
Ümumiyyətlə, Mourinyo 3 mövqeyə ulduz futbolçu transfer etməyi hədəfləyir. Bunlar müdafiənin mərkəzi, orta sahə və hücumdur. Yarımmüdafiə üçün düşünülən futbolçu "Yuventus"lu Pol Poqbadır.
 
İbrahimoviç isə karyerasını, çox güman ki, Qətər və ya ABŞ-da davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.