İdman

"Qəbələ"nin keçmiş hücumçusu Moldovada çempion və bombardir olub

30 May 2016 12:30
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" klubunun keçmiş hücumçusu Daniel Subotiç hazırkı komandası "Şerif"in heyətində Moldova çempionu və bombardir olub.

Report-un məlumatına görə, "Şerif" "qızıl oyun"da "Daçiya"nı 1:0 hesabı ilə yenərək, qızıl medallara sahib çıxıb. 

27 yaşlı forvard bu matçda 62 dəqiqə meydanda olub. Onun əvəzinə oyuna daxil olan Qoran Qaleşiç 88-ci dəqiqədə qələbə topunu vurub. Subotiç "qızıl oyun"da fərqlənə bilməsə də, 12 qolla bombardir olub.

Qeyd edək ki, Daniel Subotiç 2013-2014 mövsümündə "Qəbələ"də çıxış edib. İsveçrəli hücumçu həmin vaxt 29 oyuna 12 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.