İdman

Prosineçki: "Rəqibə iki top "hədiyyə etdik""

29 May 2016 22:22
4 Şərh     Baxış: 1 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İki fərqli hissə izlədik. İlk yarıda biz pis oynadıq. Rəqibə iki top "hədiyyə etdik". Normal ötürmələr verə bilmirdik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Makedoniya ilə oyundan (1:3) sonra deyib.

O, ikinci hissədə fərqli oyununu olduğunu qeyd edib: "Hesabı bərabərləşdirə bilərdik, bilmirəm niyə alınmadı. Analiz etmək lazımdı. Ümumiyyətlə, ikinci hissədən razıyam. Təəssüf ki, ikinci qolu vura bilmədik. Bəhanələr səsləndirmək istəmirəm. Bəli, futbolçular mövsümün sonunda yorğundular. Ancaq bu, məğlubiyyətə haqq vermir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.