İdman

16 "Real" azarkeşinin ruhuna...

29 May 2016 14:37
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın prezidenti Florentino Perez klubun 11-ci Çempionlar Kubokunu qazanması münasibətilə fanatları və futbolçularını təbrik edib. Goal.az xəbər verir ki, Perez bu uğuru 2 həftə öncə İraqın Bələd şəhərində terror hücumu nəticəsində həyatını itirmiş 16 "Real" azarkeşinə həsr etdiklərini qeyd edib.

"Bu mükafatı İraqda həlak olmuş azarkeşlərimizə həsr etmək istərdim. Onların xatirəsi qəlbimizdə həmişə qalacaq. Bu faciə "Real"a azarkeşlik etməyin klubu dəstəkləməkdən daha üstün bir şey olduğunu göstərir. Klubun dəyərlərinə təhlükəli yerlərdə sahib çıxmaq deməkdir.

"Zidan həm mənim, həm də klub üçün çox əhəmiyyətli şəxsdir. O, 2001-ci ildə tarixi dəyişdirdi. Çempionlar Liqasını futbolçu və məşqçi kimi qazandı. Bütün mövsümlər çətin keçir, amma titulu əldə etdik. Başqa turnirlər haqqında danışmaq istəmirəm. La Liqa çətin çempionatdır. Orada sona qədər mübarizə apardıq. Bu barədə başqa söz deməyəcəm. "Real"ın prezidenti olduğuma görə fəxr edirəm. Həmşəhərlilərimiz və dostumuz "Atletico"nun haqqını vermək lazımdır. Son illərdə onlar öz səviyyələrini göstərirlər. Çempionluq "Real"ın qanındadır".

İspaniyalı funksioner finaldakı qoluna görə Ramosa təşəkkür etdikdən sonra Ronaldunun məsələsinə də aydınlıq gətirib. Portuqaliyalı futbolçu ilə PSG və bir neçə MLS klubu maraqlanır.

"Belə görünür ki, AVRO-2016 səbəbindən Ronaldu ilə müqaviləni növbəti həftə uzatmaq mümkün olmayacaq. Amma onun burada həmişəlik qalmağını istəyirəm. Çünki Ronaldu "Real"ın sütunlarından biri və klubun tarixinin bir parçasıdır. Ronaldu ilə "Real" tarix yazır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.