İdman

Kikboksçumuz Hollandiyada qalib oldu - FOTO

29 May 2016 12:00
0 Şərh     Baxış: 2 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı kikboksçu Xəyal Əhmədov (81 kq) mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə uğurlu qələbə qazanıb.

Goal.az xəbər verir ki, beynəlxalq turnirin təşkilatçısı "A1 World Combat Cup"dır. İdmançımız polyak əsilli kikboksçu üzərinə parlaq qələbə qazanıb. Xəyal Əhmədov bildirib ki, həmin gün onun üçün məsuliyyətli gün idi.

"Hamımız bilirik ki, 28 May xalqımız üçün önəmli gündür. Qələbə həyəcanı ilə döyüşürdüm. Qələbəmi Respublika Gününə həsr edirəm. Vətənimlə qürur duyuram. Bu gün hər bir idmançı bilir ki,onun arxasında güclü Azərbaycan dövləti var. Ölkə rəhbərliyi idmana öz dəstəyini daima göstərir. Şəxsən AKF prezidenti, millət vəkili Adil Əliyevə və ölkə mediasına, bütün dostlarıma öz dərin təşəkkürümü bildirirəm ki, öz mənəvi dəstəklərini əsirgəmədilər".

Qeyd edək ki, X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçudur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.