İdman

FİFA Türkiyə millisi ilə bağlı qərar verdi

27 May 2016 23:07
0 Şərh     Baxış: 1 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA Türkiyə və Yunanıstan yığmaları arasında ötən il keçirilmiş yoldaşlıq görüşü ilə bağlı qərarını açıqlayıb.

Goal.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ali futbol qurumu Yunanıstana 0:3 hesablı texniki məğlubiyyət verildiyini elan edib.

2015-ci il noyabrın 17-də keçirilmiş yoldaşlıq görüşü qolsuz bərabərliklə yekunlaşmışdı.

Yunanıstanın heyətində çıxış etmiş Apostolos Yannunun daha öncə Avstraliyanın gənclərdən ibarət yığmasında başqa bir rəsmi turnirdə iştirak etdiyi bildirilib. Üstəlik, oyunçunun milli komandasını dəyişməsi barədə Yunanıstan Futbol Federasiyası tərəfindən heç bir məlumatın verilmədiyi qeyd olunub.

Texniki məğlubiyyətlə yanaşı federasiya 4 min İsveçrə frankı cərimə ödəməli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.