İdman

"Bakı şahmat yarışları tarixində yeni səhifə açacaq" - FİDE prezidenti

27 May 2016 15:49
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb.

Milli.Az bildirir ki, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının rəhbəri paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişatından razı olduğunu bildirib. Kirsan İlyumjinov söyləyib ki, Bakı şəhəri indiyə qədər keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə yarışın tarixində yeni səhifə açacaq.

Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov eləcə də AŞF-nin vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənovun iştirak etdiyi görüşdə Bakı Şahmat Olimpiadasının hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.