İdman

Maskeranodan "Barsa"dan ayrılacağı iddialarına cavab

27 May 2016 14:00
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Xavyer Maskerano bu yay Kataloniya klubunu tərk edəcəyi iddialarına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən bildirir ki, argentinalı hücumçu bu xəbərləri təkzib edib. O, yeni mövsümdə də "Barsa"da oynayacağını bildirib.

"Karyeramda qərarları təkcə idman motivlərinə görə vermirəm. Qərar verməzdən öncə hər şeyi nəzərdən keçirirəm. "Yuventus"la danışıqlar aparmağım şaiyədir. "Barcelona"nın futbolçusuyam. Həmişə demişəm ki, bu kluba minnətdaram. Gələcəkdə nə olacağını deyə bilmərəm. Amma bir şeyə yapışıb qalmaqdan xoşum gəlmir. Klubdan getməyi nəzərdə tutmuram. "Barca" dünya miqyasında tanınmaq və titullar qazanmaqda mənə kömək etdi. Buradakı karyeramın nə zaman sona çatacağını bilmirəm. "Barcelona" kimi klubu tərk etmək üçün bir sıra məsələləri götür-qoy etməlisən. Vaxt gələcək, mən də getməli olacam. Bunun 1, 2 və ya 3 il sonra baş verəcəyini bilmirəm. Uğurların fonunda görünməyən cəhətlər də var. Karyeramın ən yaxşı illərini sevdiyim mövqedə keçirməmişəm. Məni tanıyanlar bilirlər, hədəfə çatmaq üçün başqa şeyləri bir kənara qoymaq lazım gəlir".

Maskerano Argentina çempionatına qayıtmaq ehtimalını da istisna edib. "Hesab edirəm ki, qayıtmaram. Neqativi pozitiv məqamlardan daha çox görən insanam. Buna görə ehtiyatlı davranıram. Elə hiss edirəm ki, gələcəkdə çox oynamaq şansım olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.