İdman

Qarşıdurma nəticəsində 11 futbol fanatı saxlanıldı

27 May 2016 09:37
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın HIFK və HJK klublarının fanatları Helsinkidə yerləşən Olimpiya stadionu ərazisində iğtişaş törədiblər.

Report-a istinadən xəbər verir ki, bu barədə Helsinki polisi məlumat yayıb.

Fanatlar arasında toqquşma komandaların oyunundan əvvəl və sonra baş verib. Polis azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb. Asayiş keşikçiləri, həmçinin 11 nəfəri saxlayıblar. Onların bəziləri oyun zamanı tutulub.

Matç HJK-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda Finlandiyanın paytaxtında vəziyyət normallaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.