İdman

"Real"da hər kəsə 5 dəqiqə oynamaq imkanı yaradılır"

27 May 2016 07:25
1 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın eks qapıçısı Yerji Dudek Madrid klubunun eks baş məşqçisi Joze Mourinyo ilə Pedro Leon arasındakı konflikt barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dudek portuqal mütəxəsisin Leonu "qeri-peşəkar" adlandırdığını qeyd edib.

"Leon "Real"a "Getafe"dən gəlmişdi və özünü superulduz hesab edirdi. Amma o, gəldiyi ilk gündən əsas heyət oyunçusu ola bilmədi. Leon "Levante" ilə görüşdə ehtiyat oyunçular skamyasında oturmalı oldu və özünü təhqir edilmiş saydı. Matçda hesab açılmamışdı. Mourinyo ona meydana çıxmaq üçün isinmə hərəkətləri etməyi tapşırdı. Amma Leon künc bayrağının kənarda dayandı. Bu, Mourinyonu özündən çıxardı. Joze: "Bundan sonra da meydana çıxmadığı üçün şikayət edir" - dedi. Matçdan sonra Mourinyo Leona dedi: "Sizin peşəkarlığınız aşağı səviyyədədir. İsinmə hərəkətlərini nə cür etdiyinizi görürdüm. Buna baxmayaraq sizi meydana buraxdım. Qol vurmaq üçün 2 şansınız vardı, istifadə edə bilmədiniz. Çünki lazımi tələblərə cavab vermirsiz. "Real"da oynamaq fikriniz var? Burda hər kəsə 5 dəqiqə imkan yaradılır. Siz öz vaxtınızı boşa verdiniz". Növbəti məşqdə Joze yenə onunla danışdı: "Təəssüf edirəm, amma "Real"da forma geyinməkdə maraqlı deyilsiniz. Başqaları bu futbolka üçün can qoyur, sizsə yox. Qarşıdakı oyunu evdən izləməli olacaqsınız".

Leon 2010-13-cü illərdə "Real"ın futbolçusu olub. Amma 2011-ci ildən icarə əsasında "Getafe"də oynayıb. Daha sonra klub onun transfer hüquqlarına sahib çıxıb. İspaniya KİV-ləri Leonu niyə şans vermədiyini soruşanda Mourinyo belə cavab vermişdi: "Elə danışırsız ki, sanki söhbət Maradona və ya Zidandan gedir. Onun "Gatefe"dən gəldiyi iki gün olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.