İdman

FİFA baş katibinin keçmiş müavini 5 milyon mənimsəyib

27 May 2016 08:14
0 Şərh     Baxış: 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) baş katibinin keçmiş müavini Markus Kattner vəzifəsindən süi istifadə edərək 2010 və 2014-cü illərdə keçirilmiş Dünya Çempionatları üçün ayrılmış vəsaitlərin bir hissəsini mənimsəyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Die Welt" nəşri onun mundiallar üçün nəzərdə tutulmuş məbləğdən 5 milyon İsveçrə frankı məbləğində vəsaiti mənimsədiyini yazıb..

Onun vəzifəsindən azad edilməsinə səbəb məhz elə DÇ-2010 və DÇ-2014 üçün ayrılmış vəsaitlərin mənimsənilməsi olub.

Daha əvvəl FİFA-nın daxili araşdırması nəticəsində M.Kattnerin öz vəzifəsindən təşkilatın maraqları naminə hərəkət etmədiyi aşkarlandığı xəbər verilmişdi. Almaniyalı funksionerin özünə 5 milyon İsveçrə frankı məbləğində mükafat yazdığı müəyyənləşib. FIFA-da araşdırma ilə məşğul olan qrup isə bu məbləğin əsassız və çox yüksək olduğunu etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.