İdman

Türkiyə kubokunu "Qalatasaray" qazandı! - YENİLƏNİB - VİDEO - FOTO

27 May 2016 00:22
8 Şərh     Baxış: 4 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:22

Türkiyə kubokunun final oyunu keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,həlledici görüşdə İstanbul derbisi baş tutub.

Türkiyə Superliqasında çempionluğu son anda əldən verən "Fənərbaxça" ölkə kubokunda da məğlubiyyətə üzülüb. Bərbad keçən mövsümdən sonra ölkə kuboku vasitəsilə Avroliqaya vəsiqə qazanmaq, bununla da UEFA tərəfindən verilən cəzanı məhz bu mövsüm çəkmək istəyən "Qalatasaray" minimalhesablı qələbəyə sevinərək kuboku başı üzərinə qaldırıb.

Matçdakı yeganə qolun müəllifi almaniyalı Lukas Podolski olub. O, künc zərbəsindən sonra başla fərqlənib.

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyə kuboku

Final

26 may

"Qalatasaray" - "Fənərbaxça" - 1:0

Qol: Podolski, 31
 
Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel, Esat Sancaktar 
Antalya stadionu

"Qalatasaray": Muslera, Semih, Denayer, Hakan Balta, Karole, Selcuq, Emre, Sinan, Sneyder, Yasin, Podolski

"Fənərbaxça": Fabiano, Şener Özbayraklı, Kyaer, Ba, Hasan Ali Kaldırım, Mehmet Topal, Cozef, Alper Potuk, Volkan Şen, Nani, Van Persi

26.05.2016

23:26

22:18

Bu gün Türkiyə kubokunun final oyunu keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,həlledici görüşdə İstanbul derbisi baş tutub.
 
"Qalatasaray" və "Fənərbaxça" mövsümün son oyununda kimin daha güclü olmasına aydınlıq gətirəcəklər.
 
Türkiyə Superliqasında çempionluğu son anda əldən verən "Fənərbaxça" ölkə kubokunu əldə eədərk ili titulla başa vurmaq və azarkeşləri qarşısında bəraət qazanmaq istəyir.
 
"Qalatasaray" isə bərbad keçən mövsümdən sonra ölkə kuboku vasitəsilə Avroliqaya vəsiqə qazanmaq, bununla da UEFA tərəfindən verilən cəzanı növbəti ilə saxlamamaq istəyir.
 
Qeyd edək ki, Antalya stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
 
Türkiyə kuboku
Final
26 may

"Qalatasaray" - "Fənərbaxça" - 0:0
 
Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel, Esat Sancaktar
Antalya stadionu
 
"Qalatasaray": Muslera, Semih, Denayer, Hakan Balta, Karole, Selcuq, Emre, Sinan, Sneyder, Yasin, Podolski
 
"Fənərbaxça": Fabiano, Şener Özbayraklı, Kyaer, Ba, Hasan Ali Kaldırım, Mehmet Topal, Cozef, Alper Potuk, Volkan Şen, Nani, Van Persi

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.