İdman

"Çempionlar Liqasında qalib olmaq istəyirdik"

26 May 2016 20:56
1 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta komandanın son mövsümdəki çıxışını təhlil edib. Goal.az xəbər verir ki, təcrübəli futbolçu komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasını aydınlaşdırmağa çalışıb.

"Çempionlar Liqasında mövsümü qalib kimi başa vurmaq istəyirdik. Mövsümün gedişində komandanın oyununda baş verən enişin səbəbini anlamaq çətindir. Geri çəkilməyə yer qalmayanda situasiyanı daha intensiv təhlil etdik. Amma buna dəqiq izah tapmadıq. Bəlkə də, tər tökmədən mövsümü 3 titulla başa vuracağımızı düşünürdük. Buna nail olmaq isə çətindir. Eyni zamanda qazanılan titullar sayəsində mövsümi uğurla başa vurduq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.