İdman

Ed Vudvord: "O getsə də..."

24 May 2016 15:14
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" Lui van Qaalın istefaya göndərilməsini rəsmən elan edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun vitse-prezidenti Ed Vudvord holland mütəxəssisə xidmətinə görə təşəkkür edib.

"Lui və onun köməkçilərinə 2 ildəki fəaliyyətinə görə təşəkkür edirəm. Bunun kulminasiyası İngiltərə Kubokunda 12-ci çempionluq oldu. Lui bu vaxt ərzində işini peşəkar və layiqli şəkildə icra etdi. O getsə də, gənc futbolçulara özünü yüksək səviyyədə göstərmək imkanı verməklə lazımlı irs qoydu. Klub ona gələcək işlərində uğurlar arzu edir".

"Manikunianlar"ın rəsmi saytı yeni baş məşqçinin adını yaxın saatlarda elan edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.